2019-cu ilin sonlarında Çin Xalq
Respublikasının Uahan şəhərində yayılmış xəstəlik yayılaraq coğrafiyanı genişləndirib
pandemiyaya səbəb oldu. İlkin araşdırma və tətqiqatlar nəticəsində törədicisinin
Covid-19 virusu olduğu müəyyənləşən “Karona virus” xəstəliyidir. Avropa ölkələri
ilə bərabər bir neçə dövlətlərdə yayılmış xəsdəlik 2020-ci ilin fevralında ölkəmizdə
1 nəfərin yoluxması ilə aşkarlandı. Xəstəliyin sürətli yayılmasının, törətdiyi
fəsadları və bu xəstəliyə qarşı ölkənin hazırlıqsız olduğunu nəzərə alaraq ölkə
başçımız təcili təxirəsalınmaz tədbirlər haqqında sərəncam imzaladı. İlk növbədə
ölkəyə giriş çıxış sərhədlərinin bağlanması, əhali arasında Covid-19 qarşı
mübarizə ilə bağlı təlimlər keçirilməsi fərdi gigiyena vasitələrindən və sosial
məsafədən isdifadə gündəmə gəldi. Cənab Prezidentin tapşırığı ilə ölkədə
çarpayı sayının artırılması məqsədi ilə modul tipli xəstəxanaların
quraşdırılmasına başlanıldı. Məhz bu görülən tədbirlər nəticəsi idi ki, dünyanı
cənginə almış pandemiyada başqa dövlətlərə baxanda ölkəmiz həm ölum sayına görə
həm də ki, yoluxma sayına görə aşağı yerlərdən birində dururdu. ÜST-nın tapşırığına
və göstərişinə uyğun olaraq dünyada yayılmış pandemiyanın qarşısının almaq üçün
fərdi tədbirlərlə bərabər əhali arasında vaksinasiyaya başlanıldı.
44 günlük zəfər müharibəsindən yeni çıxmış ölkəmizin maddi vəziyyətindən
aslı olmayaraq Ali Baş komandanımızın göstərişi ilə ölkə əhalisinin vaksinasiya
olunmasına başlanıldı. 2021-ci il yanvarın 19-dan ölkəmizdə başlayan
vaksinasiya prosesində ilk növbədə 65 yaş qrupundan yuxarı olan vətəndaşlarımız
imtiyazlı qrupa aid olan xəstələr və tibb işçiləri cəlb edildilər. Dünyanın bir
çox ölkələri vaksin ala bilmədiyi halda ölkə rəhbərimiz vaksinasiyanın yüksək
kefiyyətlə aparılması üçün bir neçə ölkələrdən vaksin tədarük etdirərək
vaksinasiyaya lazımi miqdarda vəsait ayırdı. Hal-hazırki dövrə qədər ölkəyə gətirilmiş
16 milyon dozadan çox vaksindən 8 milyon dozadan artığı 1 ci doza vaksinasiya və
2 ci doza revaksinasiya üçün isdifadə olunub. Vaksinasiyanın səmərəli
aparılmasının nəticəsidir ki, dünya ölkələrində böyük problem yaratmiş
pandemiya ölkəmizin əhalisi arasında yoluxma sayı və ağırlaşma halları gündən günə minum səviyyəyə
enir. Artıq ölkəmizdə 2-ci doza vaksinasiyadan 6 ay keçdiyinə görə
(Buster) dozanın tətbiqinə başlanıbdır.
Tapşırığa uyğun olaraq ölkə əhalisinin Covid-19 xəstəliyi əleyhinə hər 2
doza vaksin almış bütün tibb işçilərinin, yaşı 50 dən yuxarı olan əhalinin və
imun sistemi zəif olan şəxslərin 3-cü doza (Buster doza) ilə peyvəndlənmələrinin
icrasına başlanılıb. Buster peyvəndin gücləndirici dozasıdır. O müxtəlif
infeksiyalara qarşı vaksinasiyaya tətbiq olunur. Araşdırmalara gore peyvənddən
sonra bir müddət qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Bu barədə Səhiyyə
Nazirliyi, İcbari Sığorta Üzrə Dövlət Agentliyi və TƏBİB-n birgə yaydığı məlumatında
deyilir. Əvvəlki dozaların hansı vaksin olmasından aslı olmayaraq Busder
dozanın seçimi hər bir şəxsin fərdi isdəyindən aslıdır. 3-cü dozadan sonra
revaksinasiya məqsədi ilə 4-cü dozanın vurulmasıda məsləhət görülür. Səhiyyə
kollektivi olaraq artıq xəsdəxanımızda Buster dozaya 1 ay öncə start verilib və hətta 4-cü dozada tərbiq
edilib. Millətimizin gələcəyini xalqımızın sağlamlığını dövlətimizin
inkmişafını nəzərə alan hər bir şəxs öz sağlamlığını düşünməli pandemiya şəraitindən
çıxaraq azad və rahat yaşamağımız üçün vaksin vurdurmalıdır. Dövlətimizn
xalqımıza göstərdyi qayğıya cavab olaraq hər birimiz özümüzü ətrafımızı
vaksinasiyaya cəlb edərək Birlikdə Güclü Olmağa Çalışmalıyıq!
Aqil Məmmədov
Xocalı RMX PHŞ-nın direktoru